14.08.2025
"Qaya Safety Solutions" olaraq biz inanırıq ki, təhlükəsizliyin təməli bilik və təcrübədir. Bu səbəbdən komandamız üçün periodik olaraq həm ofis şəraitində nəzəri təlimlər, həm də açıq sahədə praktiki məşğələlər təşkil edirik. Öyrənilmiş dərslər işçilərə baş vermiş hadisələrdən nəticə çıxarmağa, eyni zamanda gələcəkdə oxşar risklərin qarşısını almağa kömək edir. Açıq sahədə keçirilən məşğələlərdə, məsələn odsöndürənlərin istifadəsi kimi həssas mövzular xüsusi diqqət mərkəzində saxlanılır. Çünki düzgün reaksiya bir anlıq təhlükəni nəzarətə götürməklə böyük fəsadların qarşısını ala bilər.
Bizim üçün əsas məqsəd əməkdaşlarımızın yalnız qaydaları bilməsi deyil, həm də onları real şəraitdə tətbiq etməyə hazır olmasıdır. Təhlükəsizlik mədəniyyətini gücləndirməklə biz həm insan həyatını qoruyur, həm də işimizin keyfiyyətini daha da yüksəldirik.
Hazırlıqlı komanda, təhlükəsiz əməliyyat deməkdir!