Cover img

16.11.2024

”Qaya Safety Solutions” MMC əməkdaşlarından Layihə Menecerimiz Xaliq Hüseynov EOD3 təlimini uğurla başa vurub

"Qaya Safety Solutions" MMC əməkdaşlarından layihə menecerimiz (PM) Xaliq Hüseynov 2024-cü il oktyabrın 28-dən noyabrın 15-dək Kosova MAT tərəfindən keçirilmiş EOD 3 təlimini uğurla başa vurmuşdur. Bu hərtərəfli təlim minatəmizləmə və EOD əməliyyatlarının idarə olunması ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Kurs zamanı (PM) öz bacarıqlarını aşağıdakı sahələr üzrə artırmışdır:
- EOD, minatəmizləmə və söküntü standartları: Beynəlxalq minatəmizləmə standartları, minatəmizləmə üzrə texniki qeydlər, həmçinin Milli Texniki Standartlar;
- Məlumatların idarə edilməsi;
- Quru ərazidə tapılan sursatların tanınması: Partlamamış hərbi sursatlarının (PHS) ümumi xüsusiyyətləri;
- Havadan atılan silahlar və onların quraşdırma sistemləri: Aviasiya bombalarının əsas identifikasiya xüsusiyyətləri;
- Partlayıcı maddələrin daşınması, saxlanması və idarə olunması;
- Partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə tapşırıqlar;
- Söküntü texnikaları: partlayıcı maddələrin təhlükəsiz saxlanması, daşınması və istifadəsinə dair standartlar;
- Ehtiyat partlayıcı maddələrin məhvi və utilizasiyası;
- Texniki və qeyri-texniki araşdırmalar;
- Döyüş ərazilərinin təmizlənməsi;
- Mühafizə qurğuları;
Əməkdaşımızın bu təlimdə iştirakı, əməliyyat idarəçiliyi təcrübəmizin davamlı təkmilləşdirilməsi və peşəkar inkişafımızə olan sadiqliyimizi nümayiş etdirir.