20.09.2025
“Qaya Safety Solutions” MMC ISO 9001:2015 (Keyfiyyət İdarəetməsi), ISO 14001:2015 (Ətraf Mühitin İdarəetməsi) və ISO 45001:2018 (Səhiyyə və Əməyin Təhlükəsizliyi İdarəetməsi) auditindən uğurla keçmişdir. Bu uğur bütün fəaliyyətimizin müştəri gözləntilərini qarşılamasının, qanuni və digər tələblərə riayət olunmasının və performansımızın davamlı şəkildə yaxşılaşdırılmasının göstəricisidir.
Audit Böyük Britaniya mənşəli, akkreditə olunmuş sertifikatlaşdırma orqanı olan Intertek Ltd şirkəti tərəfindən aparılıb. Ümumi idarəetmə sistemimizin, sahə əməliyyatlarının və dəstək proseslərinin əhatəli qiymətləndirilməsindən sonra sertifikatlar şirkətimizə təqdim edilmişdir. Fəaliyyətimizin bu beynəlxalq standartlarla uyğunlaşdırılması və mütəmadi xarici auditlərdən keçməsi humanitar minatəmizləmə xidmətlərimizin keyfiyyətini, təhlükəsizliyini və ətraf mühitə məsuliyyətliliyini gücləndirir, tərəfdaşlarımızın bizə olan etimadını daha da artırır.