25.02.2026
24 fevral 2026-cı il tarixində ANAMA tərəfindən akkreditasiya olunmuş 29 nəfər minaaxtaran “Qaya Safety Solutions” komandasına qoşulmuşdur. Bir ay boyunca davam edən nəzəri və praktiki təlimləri müvəffəqiyyətlə tamamlayan namizədlər akkreditasiyadan uğurla keçərək əməliyyat fəaliyyətinə hazır olduqlarını təsdiqləmişlər. Komandamız regionda təhlükəsiz və davamlı bərpa prosesinə töhfə verməyə davam edir.