Cover img

06.07.2026

“Qaya Safety Solutions”-dan Böyük Nailiyyət: 100 Milyon Kv.m Ərazi Minalardan Təmizləndi!

Bu gün Qaya Safety Solutions komandası mühüm bir uğura imza atır. Humanitar minatəmizləmə fəaliyyətimiz çərçivəsində minalardan və partlamamış hərbi sursatlardan (PHS) tam təmizlənərək təhlükəsiz şəkildə təhvil verdiyimiz ərazilərin ümumi sahəsi 100.000.000 kvadrat metrə çatdı.

Bu göstərici sadəcə bir statistika deyil; bərpa olunan həyatların və yenidən canlanan torpaqların rəmzidir. Bu nəticənin arxasında beynəlxalq minatəmizləmə standartlarına (IMAS) uyğun tətbiq edilən dəqiq prosedurlar və ən çətin relyef şəraitində belə peşəkarlığını qoruyan texniki heyətimizin səmərəli fəaliyyəti dayanır. Bizim üçün bu uğuru daha da əhəmiyyətli edən başlıca amil isə bu nəhəng və yüksək riskli əməliyyatların icra olunduğu ilk gündən etibarən, təhlükəsizlik qaydalarına kompromissiz riayət edilməsi ilə fəaliyyətimizdə heç bir bədbəxt hadisə qeydə alınmamışdır.

Komanda olaraq, maksimum dəqiqlik və yüksək məsuliyyətlə ərazilərimizi minalardan və partlamamış hərbi sursatlardan təmizləməyə eyni qətiyyətlə davam edirik. Bu böyük nəticədə bizə etibar edən tərəfdaşlarımıza və sahədə fəaliyyət göstərən peşəkar heyətimizə təşəkkür edirik.