Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci il 18 iyul tarixində Ulu öndər Heydər Əliyevin 854 saylı Sərəncamı ilə yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021-ci il tarixli, 1251 saylı Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb. Agentlik işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, təmizlənməsi, zərərsizləşdirilməsi fəaliyyətini həyata keçirir. Eyni zamanda ANAMA ölkə ərazisində həyata keçirilən minatəmizləmə fəaliyyətlərini əlaqələndirmək, idarə etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur.
1989-cu ildə təsis edilmiş "SafeLane Global" mina təmizləmə fəaliyyəti ilə məşğul olan ilk özəl şirkətlərdən biridir. "SafeLane Global" mina təmizləmə sahəsi üzrə qayda və prosedurların yaradılmasında əvəzsiz rol oynamış və ISO 9001:2015 sertifikatı ilə təltif edilmişdir. "SafeLane" şirkəti dünyanın ən təhlükəli və uzaq əraziləri də daxil olmaqla 60 ölkədə 30 mindən çox layihələri uğurla həyata keçirib. "Qaya Safety Solutions" MMC-nin tərəfdaşı “SafeLane Global” şirkətinin mütəxəssisləri “Qaya Safety Solutions” şirkətində müasir minatəmizləmə fəaliyyətinin tələblərinə əsasən milli minatəmizləmə qabiliyyətinin yaradılmasına və hazırda işğaldan azad edilmiş ərazilərin mina/partlamamış hərbi sursatlardan təmizlənməsinə dəstək verir.
APOPO, minaların təmizlənməsi və vərəmin aşkarlanması kimi humanitar məqsədlər üçün, həmçinin siçovulların vasitəsilə minaların aşkarlanması texnologiyasını tədqiq edən, inkişaf etdirən və tətbiq edən qeyri-kommersiya təşkilatıdır. APOPO-nun əməliyyat qərargahı Tanzaniya, Anqola, Azərbaycan, Kamboca, Mozambik, Efiopiya, Zimbabvedə, mərkəzi ofisi isə, Belçikadadır.
APOPO hal-hazırda azad edilmiş ərazilərin təmizlənməsində “Qaya Safety Solutions” MMC ilə əməkdaşlıq edir.
VALLON GmbH 1965-ci ildə Almaniyada təsis edilmişdir. Vallon GmbH humanitar minatəmizləmə, partlayıcı sursatların zərərsizləşdirilməsi (EOD), hərbi mühəndislik və sənaye sahələrində istifadə üçün qabaqcıl detektorların istehsal edilməsində 50 ildən artıq təcrübəyə malikdir. “Alman keyfiyyəti” ilə tanınan VALLON geniş məhsul portfelinə malikdir: mina detektorları, iki sensorlu minaaxtaran, maqnitik lokatorlar və geniş ərazilərdə Partlamamış Hərbi Sursatların (PHS) aşkar edilməsi üçün sistemlər. Onların avadanlıqları 100-dən çox ölkədə humanitar təşkilatlar, silahlı qüvvələr və təhlükəsizlik qurumları tərəfindən etibarla istifadə olunur.
"Qaya Safety Solutions" Azərbaycanda VALLON-un rəsmi distributorudur. Bu tərəfdaşlıq vasitəsilə biz VALLON-un bənzərsiz təcrübəsini və ən müasir texnologiyalarını ölkəmizə gətirir, təhlükəsiz, effektiv və etibarlı minatəmizləmə xidmətləri göstərmək missiyamızı daha da gücləndiririk.