14.10.2023
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri cənab Fergus Auld oktyabrın 13-də “Qaya Safety Solutions” MMC-nin Cəbrayıl rayonundakı iş sahəsini ziyarət edib. O, ərazidə gedən minatəmizləmə fəaliyyəti ilə tanış olub. Böyük Britaniyanın ölkəmizdəki səfirinə minatəmizləmə prosesində qabaqcıl metodikaların istifadəsi ilə minaxtaran itlərdən və minatəmizləmə maşınlarından istifadə nümayiş olunub.