Cover img

03.11.2022

”Qaya Safety Solutions” şirkətinin yaradılmasının bir illik yubileyi qeyd edilib.

Cəbrayıl rayonunda yerləşən düşərgəmizdə "Qaya Safety Solutions" şirkətinin yaradılmasının bir illik yubileyi qeyd edilib.

"Qaya Safety Solutions" 2022 -ci ilin 2 aprel tarixindən başlayaraq,  qısa müddət ərzində işğaldan azad edilmiş Cəbrayıl rayonunun 6100000 м²-dən artıq ərazisini minalardan təmizləmişdir. Minatəmizləmə əməliyyatları zamanı 189 piyada və 2 tank əleyhinə mina , 197 kaset sursat və müxtəlif növ partlamamış sursatlar aşkar edilərək məhv olunması üçün təhvil verilmişdir.

Tədbir zamanı fərqlənən işçilər təltif  olunmaqla yanaşı ağaclar əkilib. Bir illik yubileyin qeyd olunması zamanı şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.