Minatəmizləmə fəaliyyəti

service-detail-img

"Qaya Safety Solutions" MMC azad edilmiş ərazilərdə mina və partlamamış sursatlarla çirklənmiş torpaqların tədqiqi və təmizlənməsi də daxil olmaqla minalardan təmizləmə xidmətləri göstərir.
Bizim minatəmizləmə xidmətlərimizə daxildir:
Qeyri-texniki tədqiqat: təmizləmə əməliyyatlarına başlamazdan əvvəl məlumatların toplanması, torpağın qiymətləndirilməsi, tarixi qeydlərin qiymətləndirilməsi, ilkin qiymətləndirmələrin aparılması və şübhəli təhlükəli ərazilər üzrə kritik detalların təhlili prosesidir.
Texniki Tədqiqat: qeyri-texniki tədqiqat mərhələsindən sonra təhlükəli ərazinin fiziki və mexaniki vasitələrdən istifadə edərək təhlükə səviyyəsinin aşkarlanması.
Əl ilə minalardan təmizləmə: piyada əleyhinə minaların, tank əleyhinə minaların və partlamamış surstaların aşkarlanması və çıxarılması.
Döyüş Sahəsinin Təmizlənməsi: partlamamış hərbi sursatların (PHS), partlayıcı qurğuların (PQ), mina təhlükəsinin olmadığı məlum olan döyüş meydanında sursatların sistemli axtarışı, aşkarlanması, işarələnməsi və çıxarılması.
Mexanik təmizləmə: sahələrdə ərazinin kəşfiyyatı və təmizlənməsi kimi vəzifələri yerinə yetirmək üçün uzaqdan idarə edilən mexaniki vasitələrdən istifadə.

Mina Axtaran İt qrupları (MAİ): QSS-də təcrübəli it bələdçiləri olan MAİ komandaları var. İtlərimiz minaların partlayıcı qoxularını “almaq” üçün inanılmaz qoxu hisslərindən istifadə edirlər. 
Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə: keçmiş münaqişə zonasında təsirə məruz qalmış rayonların məcburi köçkün düşərgələrində və məktəblərdə uşaqlara dəstək üçün təlimlərin keçirilməsi.

services-card-icon
Qeyri-texniki tədqiqat
services-card-icon
Texniki Tədqiqat
services-card-icon
Əl ilə minalardan təmizləmə
services-card-icon
Döyüş Sahəsinin Təmizlənməsi
services-card-icon
Mexanik təmizləmə
services-card-icon
Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə