Cover img

18.03.2022

Dövlət Məşğulluq Agentliyi ilə ”Qaya Safety Solutions” MMC ”Minaaxtaran” peşəsi üzrə hazırlıq kursu təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən "Minaaxtaran" peşəsi üzrə hazırlıq kursu təşkil edilib.

 

Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Qaya Safety Solutions” MMC-nin əməkdaşlığı çərçivəsində  təşkil edilən kursa Tərtər, Ağdam və Bərdə rayonlarından xüsusi meyarlar əsasında seçim aparılmaqla 15 işsiz şəxs cəlb edilib.

 

Nəzəri biliklərin tədrisindən sonra müdavimlər Cəbrayıl rayonunda mina təmizləmə işlərinin aparıldığı sahələrdə təcrübə də keçəcəklər.

Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər işğaldan azad olunan ərazilərdə ərazilərin minalardan təmizlənməsi sahəsi üzrə əmək fəaliyyətinə başlayacaq.

Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.

Dövlət Məşğulluq Agentliyi "Minaaxtaran" peşəsi üzrə hazırlıq kursu təşkil edib (sosial.gov.az)