Cover img

11.09.2023

Dəyərlərimiz

Keyfiyyət

Şirkətimizi digər rəqiblərimizdən fərqləndirən ilk xüsusiyyəti xidmətimizin bütün sahələrində, minatəmizləmə əməliyyatlarından müştəri xidmətlərinə qədər, keyfiyyətə üstünlük verməkdir.

Keyfiyyətə üstünlük vermək ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, qabaqcıl minatəmizləmə üslublarından istifadə etməklə müasir yanaşma, texnologiyaların tətbiqi, bütün işçilərin təlim keçmiş və təcrübəli olmalarını ehtiva edir.

Güclü əlaqələr

Dövlət qurumları, QHT-lər, yerli icmalar və s. kimi tərəfdaşlarımzla güclü əlaqələr qurmaq şirkətimizin etibar və dəstək qazanmasında müstəsna rol oynayır.

Ən mühüm tərəfdaşlarımızdan olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə sıx əməkdaşlıq etməklə, onların tələblərini və ehtiyaclarını dərindən dərk edir və onlara xüsusi, müasir və çevik həllər təklif edirik.

 

Uyğun qiymət və çevik həllər

Keyfiyyətli xidmət təklif etməklə yanaşı, çevik həll yollarının və münasib qiymət təklifi müştərilərimizin qərarına təsir edən digər mühüm amillərdir. Bu səbəbdən, şirkət olaraq müştərilərimizə uyğun qiymət və çevik həll yolları təklif etmək bizim ən mühüm xüsusiyyətimizdir.

Yenilik

Müasir və qabaqcıl texnologiyaları mənimsəmək və yaradıcı həllər təklif etmək şirkətimizin qabaqcıl olmasında mühüm rol oynayır. Şirkət olaraq tədqiqat və inkişafa sərmayə qoymaq və yaradıcı həllərdən istifadə etmək, bizi digər rəqiblərimizdən fərqləndirən ən mühüm dəyərdir.