27.09.2024
"Qaya Safety Solutions" MMC-nin əməkdaşları tərəfindən keçirilən "Müharibə və Böhran Bölgələrində Müxbirlik" təlimində Global Media Group şirkətinin nümayəndələri iştirak etmişdir. Üç gün davam edən intensiv proqram çərçivəsində iştirakçılar hərbi topoqrafiya hazırlığı, ilkin tibbi yardım hazırlığı və müharibədə həyatda qalma sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə etmişdir. Təlim iştirakçıların ixtisaslaşma səviyyəsinin yüksəldilməsinə, hazırlıqlarının möhkəmləndirilməsinə və ümumi peşəkar keyfiyyətlərinin artırılmasına mühüm töhfə vermişdir.