Cover img

20.02.2025

JOCAP ilə Abşeron layihəsi üzrə əməkdaşlığımızı daha da gücləndiririk

Abşeron layihəsi çərçivəsində JOCAP və "Qaya Safety Solutions" MMC arasındakı tərəfdaşlıq daha da inkişaf edir. Şirkətimiz tərəfindən yerinə yetirilən bütün əməliyyatlarda təhlükəsizlik, səmərəlilik və dayanıqlı inkişaf standartları daim diqqət mərkəzində saxlanılır.
Abşeron layihəsi partlamamış hərbi sursatların və digər partlayıcı risklərin təhlükəsiz şəkildə aradan qaldırılmasına yönəlmiş bir təşəbbüsdür. Əsas məqsədimiz əməliyyat sahələrinin təhlükəsizliyini təmin etməklə yanaşı, tərəfdaşlarımızla qurduğumuz əməkdaşlıq çərçivəsində davamlı inkişaf etməkdir. 
Bu əməkdaşlıq və ortaq öhdəlik sayəsində daha təhlükəsiz və güclü gələcəyin qurulmasına töhfə veririk.