07.07.2025
30 iyun - 4 iyul 2025-ci il tarixlərində Cəbrayıl rayonu ərazisində, "Qaya Safety Solutions" MMC-nin mobil kampı və əməliyyat sahələrinin yaxınlığında şirkətin humanitar minatəmizləmə fəaliyyətinin milli və beynəlxalq tələblərə uyğunluğu qiymətləndirilmişdir.
Qiymətləndirmə prosesinə 14 nəfər rəhbər heyət, 40 nəfər minaaxtaran, 4 nəfər mexaniki minatəmizləmə və zirehli texnika operatoru, həmçinin 5 nəfər tibbi personal daxil olmaqla, ümumilikdə 63 nəfər cəlb olunmuşdur.
Şirkətin əməliyyat prosedurları və ardıcıllıqları praktiki sınaqlar zamanı uğurla nümayiş etdirilərək, beynəlxalq standartlara tam uyğunluğu təsdiqlənmişdir.