Cover img

05.01.2026

Qaya Safety Solutions-da ilin ilk iş günü: Yenilənmə təlimi

Qaya Safety Solutions-da hər ilin ilk iş günü biliklərin yenilənməsi və təhlükəsizliyə fokuslanma günüdür. Bu gün əməliyyat məntəqəmizdə keçirilən yeniləmə təlimi zamanı komandamız prosedurları bir daha nəzərdən keçirdi, əsas bilik və praktiki təcrübəsini yenilədi, həmçinin koordinasiya və komanda işi bacarıqlarını möhkəmləndirib.

Təlim çərçivəsində təhlükəsizlik qaydalarına əməl olunması, effektiv kommunikasiya, risklərin düzgün qiymətləndirilməsi və sahə daxilində nizam-intizamlı yanaşma kimi mövzulara xüsusi diqqət yetirilib. Bu tip yenilənmələr komandamızın eyni standartlarla işləməsini təmin etməklə yanaşı, əməliyyatlarda risklərin minimuma endirilməsinə xidmət edir.

Təhlükəsizlik — hər zaman işimizin başlanğıc nöqtəsidir.