Cover img

22.10.2025

”Qaya Safety Solutions” – 4 illik uğurlu fəaliyyətini qeyd edib

2021-ci ilin oktyabrından etibarən əsas məqsədimiz təhlükəsiz, keyfiyyətli və beynəlxalq standartlara uyğun humanitar minatəmizləmə xidmətləri göstərmək olub. Bu illər ərzində komandamız böyüyüb, layihələrimiz genişlənib və ən əsası, insanlara təhlükəsiz gələcək bəxş etmək missiyamız dəyişməz qalıb.

Faəliyyətə başladığımız gündən etibarən işğaldan azad edilmiş Cəbrayıl rayonunun 81 700 000 m²-dən artıq ərazisi  "Qaya Safety Solutions" MMC tərəfindən minalardan təmizlənmişdir. Əməliyyatlar zamanı 7432 partlamamış hərbi sursat (PHS), 748 piyada və 1210 tank əleyhinə mina aşkar edilərək məhv edilməsi üçün təhvil verilmişdir.

Tədbirin başlanğıcında şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fəaliyyəti ilə fərqlənən əməkdaşlar isə təltif edilib.