17.08.2023
Qaya Safety Solutions Ukraine filialımız akkreditasiyadan uğurla keçmişdir. Bu vacib nailiyyət filialımıza Ukrayna ərazisində humanitar minatəmizləmə və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatlarını geniş miqyasda həyata keçirmək hüququ verir. Hər daim olduğu kimi, bütün fəaliyyətimiz Beynəlxalq Minatəmizləmə Standartlarının ən yüksək təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun qaydada icra edilir.