SƏTƏM üzrə mütəxəssis

Son tarix: 16 Aprel 2022

Əmək haqqı: 900-1500 AZN (Namizədlərin bilik və təcrübəsi əsasında əmək haqqı müsahibə zamanı danışılacaq).

 

İş barədə məlumat:

- Əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və layihələrdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;

- Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimlərin təşkili və təmin edilməsi;

- Giriş təlimatlarının keçirilməsini təmin etmək, iş yerində ilkin və təkrar təlimatlarının keçirilməsinə nəzarət etmək;

- Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;

- Bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üçün yeni təkliflər vermək;

- SƏTƏM-ə dair risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək;

- Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq;

- Əmək funksiyasına uyğun olaraq görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə şöbə rəhbərinə (onun tələbinə əsasən) məlumat vermək;

- Şöbə rəhbəri tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.

 

İş şəraiti:

- İş yeri: Cəbrayıl rayonu - Bakı şəhəri;

- Qarabağ Ekonomik Regionuna ezamiyyətlər;

- İş qrafiki 6 günlük;

- AR qanunvericiliyinə uyğun sənədləşmə.

 

Namizədə tələblər:

- Texniki sahə üzrə ali ixtisas təhsili;

- Tələb olunan vəzifə üzrə minimum 5 il iş təcrübəsi;

- Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, təşkilatın missiyasına sadiqlik;

- İngilis dili biliyi arzuolunandır;

- Açıq sahə şəraitinə, əlavə iş qrafiki ilə işləməyə hazır olmalı.

Digər vakansiyalar